Ayxan Abbasov baş məşqçi kimi Azərbaycan çempionatlarında 50-ci qələbəsini qazanıb.
“Zirvə yolu” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Turan Tovuz”un baş məşqçisinin yubileyi Azərbaycan Premyer Liqasının XXXII turuna təsadüf edib.
42 yaşlı mütəxəssisin yubileyi “Zirə” ilə səfər matçında gerçəkləşib – 3:1.
Baş məşqçi karyerasına 2017-ci ildə Zirənin eyniadlı təmsilçisində başlayan Abbasov bu komandada 18, “Sumqayıt”da 24, “Turan Tovuz”da 8 dəfə üç xal sevinci yaşayıb.
Onun 50-ci qələbəsi 155-ci matçına təsadüf edib. Abbasov baş məşqçi kimi Azərbaycan çempionatları tarixində 50 və daha çox qələbə qazanan 22-ci mütəxəssis olub.