Son günlər yağan leysan yağışları nəticəsində Biləsuvar şəhərinin mərkəzi küçələrinin bəzi hissələrini su basıb.
“Zirvə yolu”nun məlumatına görə, texnikalar vasitəsilə suçəkmə işləri aparılır.
Hazırda rayon ərazisində intensiv yağıntılar davam edir.
Qeyd edək ki, ötən gün də leysan və güclü külək Biləsuvar rayonunda bir sıra fəsadlara yol açıb.