2018-ci ildə 18 yaşadək şəxslər arasında ümumi səbəblərdən 2412 ölüm halı qeydə alınıb.
Oxu.Az-ın xəbərinə görə, ölüm hallarının 1558-i şəhərdə, 854-ü isə kənd yerlərində baş verib.
Ən çox ölüm hamiləlik dövründə meydana çıxan bəzi hallar zamanı qeydə alınıb. Bu səbəbdən ölənləri sayı 1001 olub.
Sinir sistemi xəstəliklərindən ölən uşaqlar arasında isə 289 ölüm halı qeydə alınıb.
215 uşaq tənəffüs sistemi xəstəliklərindən vəfat edib.
Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirindən 214 ölüm halı baş verib.
Anadangəlmə anomaliyalardan (inkişaf qüsurları, deformasiyalar və xromosom pozğunları) ölmə halları isə ilk beşlikdədir. Bu xəstəliklərə görə 197 uşaq ölüb.