Bakının Sabunçu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Zirvə yolu”nun məlumatına görə, Maştağa qəsəbəsində avtomobil yolu keçən 22 yaşlı Ağayev Mirkazım Vuqar oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.





