İdman

“Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri: Azərbaycan millisi Fransa ilə qarşılaşacaq

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turniri davam edir.

“Zirvə yolu”nun məlumatına görə, Bakı Tennis Akademiyasında təşkil edilən yarışda bu gün pley-off və yarımfinal oyunları keçiriləcək.

A qrupunu 3-cü pillədə başa vuran Azərbaycan millisi yarımfinala yüksəlmək uğrunda Fransa ilə qarşılaşacaq. Digər cütlükdə isə Çexiya və Ukrayna seçmələri üz-üzə gələcəklər.

Bu cütlərin qalibləri axşam saatlarında yarımfinal mərhələsində müvafiq olaraq Serbiya və Qazaxıstanla münasibətlərinə aydınlıq gətirəcəklər.

Pley-off

1. 11:00. Fransa – Azərbaycan

2. 12:30. Çexiya – Ukrayna

Yarımfinal

20:00. Serbiya – 1-ci cütün qalibi

21:30. Qazaxıstan – 2-ci cütün qalibi

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir