Azərbaycan dahi şəxsiyyəti ulu öndər Heydər Əliyev deyərdi ki, “Mən dünyada müəllim adından daha yüksək şərəfli bir ad tanımıram.” Amma çox təəsüflər olsun ki, bu gün bu şəxsin sözünə ölkəmizdə ləkə salanlarda var, hətta xəyanət edənlərdə.
Rüşvətin qarşisi alinmazsa, təhsil də olmaz, amma bəziləri var rüşvət qanı artıq onları dərsin çürüdüb. Bəlkə də artıq sindromlarını korlayan xərçəng xəstəliyinə çevirib.
“Azərbaycan Reallığı”na məlumatlı mənbələrdən daxil olan məlumata görə,” Avrasiya universiteti”-nin nəznində olan “Avrasia Kolleci” – də rüşvət demək olar adı hala çevirilib burada. 500-600 manatlar yox, minlərlə manat yığılır. Yaxşı oxuyan tələbədən 2000-2500 manat arası, yaxşı oxumayan tələbədən isə 3000-3500 manat pullar yığılır. Tələbələrə süni şəkildə əngəllər yaradılır, onlara kəsrlər yazilir və yaxud unuversitetə buraxılış vəsiqəsi verilməyəcəyi kimi təhdidlər olunur.
Konkret olaraq pulu verməyəcəyləri təqdirdə liseylə vidalaşacaqları deyilir. Rüşvəti yığan şəxslər pulu sözügedən liseyinin direktoru Aytən Hüseynovanın göstərişi ilə yığdığını bildirirlər. Mənbənin dediyinə görə, direktor rüşvət yığımına şəxsən özü başçılıq edir. Çünki dəfələrlə ona bu barədə şikayət olunsa da əhəmiyyət verməyib.
Adının çəkilməsin istəməyən Avrasia Liseyinin bir neçə tələbəsi bu məsələni ictimailəşdirib. Təhsil nazirliyi və aidiyyəti qurumlardan onlara kömək etməsini istəyiblər. Bildirilir ki, aidiyyəti qurumlar yoxlamalar aparsa bu məsələ dərhal öz təsdiqini tapar.
Tələbələrin çoxunun ailəsinin sosial və maddi durumu ağır olduğu üçün onlardan tələb olunan məbləği verə bilmirlər. Onun üçün də bir daha adiyyəti qurumlardan və orqanlarda kömək istəyirlər deyə sonda bildirilir.
“Azərbaycan Reallığı” məsələ ilə bağlı sözü gedən qurumla əlaqə saxlayıb, qurumun mətbuat xidmətindən bildirilir ki, deyilənlər tamamilə yalnışdır. “Əlinizdə belə bir fakt varsa, buyurun təqdim edin, biz həmin şəxslər barəsində dərhal tədbir görək” deyə sonda qurumun sözcüsü bildirib. //”Azərbaycan Reallığı”//