Ötən gecə Ukraynaya hücum edən İran istehsallı 35 dron məhv edilib.
“Zirvə yolu” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının xülasəsində bildirilib.
“Mayın 8-də gecə düşmən yenidən Ukrayna ərazisinə İranın “Şahid” zərbə PUA-larını tətbiq edərək hücum edib. 35 drondan 35-i müdafiəçilərimiz tərəfindən məhv edilib”, – məlumatda qeyd olunub.