İdman

“Napoli” baş məşqçisi ilə müqaviləni uzadıb

İtaliyanın “Napoli” klubu baş məşqçisi Luçano Spaletti ilə müqavilənin müddətini uzadıb.

“Zirvə yolu”nun məlumatına görə, 64 yaşlı mütəxəssis “Fiorentina”ya 1:0 hesabı ilə qalib gəldikləri A Seriyasının XXIII tur oyunundan sonra bu barədə açıqlama verib.

Spaletti rəhbərliyin sözləşmənin artırılması variantını aktivləşdirdiyini söyləyib. O, yeni müqavilənin 2024-cü ilin yayınadək nəzərdə tutulduğunu vurğulayıb.

Qeyd edək ki, “Napoli” 32 ildən sonra İtaliyada çempionluğunu rəsmiləşdirib. Komanda son olaraq 1989/1990 mövsümündə A Seriyasının qalibi olub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir