İdman

“Real Madrid” 100 rəsmi titul qazanan ilk İspaniya klubu olub

“Real Madrid” İspaniyada 100 rəsmi titul qazanan ilk klub olub.

“Zirvə yolu” Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, ölkə kubokunun finalında “Osasuna”ya 2:1 hesabı ilə qalib gələn Madrid təmsilçisi tarixə düşüb.

Florentino Peres klub prezidenti kimi 32-ci tituluna sahib çıxıb və bu göstəricidə Santiaqo Bernabeuya (hər ikisi 32) çatıb.

Hücumçu Kərim Benzema isə “kral klubu”nun sabiq müdafiəçisi Marselonun nailiyyətini təkrarlayıb. Hər iki oyunçu “Real Madrid”də 25 titul qazanıb.

“Real Madrid” 100 Rəsmi titullar
İspaniyada Avropada Qlobal
La Liqa 35 UEFA Çempionlar Liqası 14 Qitələrarası Kubok 3
Ölkə Kuboku 20 UEFA Kuboku (hazırkı Avropa Liqası) 2 Klublararası dünya çempionatı 5
Super Kubok 13 UEFA Super Kuboku 5
Liqa kuboku 1 Latın Kuboku 2
Ümumi 69 23 8
Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir