Dünya

AFP-nin jurnalisti Baxmutda həlak olub

“Agence France-Presse”in (AFP) jurnalisti Arman Soldin Ukraynanın Donetsk vilayətinin şiddətli döyüşlər getdiyi Baxmut rayonunda həlak olub.

“Zirvə yolu” xəbər verir ki, bu barədə AFP tviterdə məlumat yayıb.

“Bu gün Ukraynanın şərqində AFP-nin videojurnalisti Arman Soldinin ölüm xəbərini eşitməkdən məyusuq”, – paylaşımda qeyd olunub.

Arman Soldinin hadisənin şahidi olan həmkarlarının agentliyə verdiyi məlumata görə, o, Baxmut rayonunun Çasovoy Yar şəhərinə Rusiyanın raket hücumu sonucunda ölüb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir