Cəmiyyət Manşet

İşçinin xəbəri olmadan şirkət tərəfindən adına açılmış aktiv əmək müqaviləsi ilə əmək haqqı mənimsənilib

İşçinin xəbəri olmadan şirkət tərəfindən adına açılmış aktiv əmək müqaviləsi ilə əmək haqqı mənimsənilib.

Belə bir məsəl var: “İşçinin alın təri qurumadan haqqı ödənilməlidir”. Lakin çox təəssüflər olsun ki, “A-Group MMC bu məsələ əməl etmir. Ona görə ki, bu şirkət işçinin xəbəri olmadan adına əmək müqaviləsi açmış, həmçinin onun adına yazılan aylıq əmək haqqını da mənimsəmişdir. Burda bu sözü qeyd etmək yerinə düşər ki; “Ədalət olmadıqca rəhbərliyin faydası olmaz”.

Bu məsələdə ən əsas Azərbaycan Respublikasının Əmək Məcəlləsinin bir neçə maddəsini diqqətə çatdırmaq lazımdır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə məşğuliyyət və iş yeri seçmək hüququ vardır.

Maddə 1. Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktlar

Azərbaycan Respublikasının əmək qanunvericiliyi sistemi: bu Məcəllədən; Azərbaycan Respublikasının müvafiq qanunlarından;

müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyəti çərçivəsində qəbul etdiyi normativ hüquqi aktlardan;

əmək, sosial-iqtisadi məsələlərlə əlaqədar Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Maddə 2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsipləri

  1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin müansibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.
  2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.
  3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi və s.

Ancaq  Redaksiyamıza daxil olan şikayət ərizəsinə baxdıqda isə bütün bu qeyd olunan qanunların əksini və bu qanunlara riayət olunmadığını açıq-aydın görmək mümkündür. Həmin şikayət ərizəsini təqdim edirik:

“Mən Zakirli Rəvan yaşar oğlu, yazıb sizə bildirirəm ki, mənim xəbərim olmadan A-Group MMC-də 25.01.2021-ci il tarixindən, 12.10.2022-ci il tarixinədək adıma aktiv əmək müqaviləsi olduğu mənə bildirilmişdir. Həmçinin iş günü 5 iş günü olmaqla, aylıq əmək haqqı 590 manat olduğu mənə bildirilmişdir. Onu da qeyd edim ki, hətta mən bu məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də müraciət ünvanlamışdım və oradan mənə gələn arayış da sübut olaraq əlimdədir.

Lakin bu məlumat mənə verilməyənə qədər mənim heç bir xəbərim yox idi ki, şirkət mənim adıma əmək müqaviləsi açaraq aylıq əmək haqqımı mənimsəyib. Bu bir insana, bir vətəndaşa, bir işçiyə qarşı edilən ən böyük haqsızlıqdır. Və buna görə də çox xahiş edirəm ki, bu prosesin araşdırılıb, nəticəsinin tapılmasında mənə köməklik edəsiniz”.

 

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir