Amerikalı sahibkar və milyarder İlon Mask altı həftə ərzində “Twitter”in baş direktoru vəzifəsini tərk edəcəyini açıqlayıb.
“Zirvə yolu”nun məlumatına görə, bu barədə o, mikrobloqunda yazıb.
“X/Twitter üçün yeni direktoru işə götürdüyümü elan etməkdən məmnunam. O, təxminən altı həftəyə işə başlayacaq!”, – İlon Mask bildirib.
Biznesmenin sözlərinə görə, onun rolu məhsullara, proqram təminatına və sistem administratorlarına nəzarət edən icraçı sədr və texniki direktora keçəcək.
Bundan əvvəl “Twitter”in qurucusu və keçmiş rəhbəri Cek Dorsi Maskın şirkəti almasını tənqid etmişdi. Bloomberg-ə istinadən xəbər verir ki, Twitter-i satın almaqla bağlı ilkin razılığa müsbət yanaşan iş adamı fikrini dəyişib.
Musk “Twitter”in alışını 27 oktyabr 2022-ci ildə tamamlayıb. Oktyabrın 28-də məlum olub ki, sahibkar şirkətə rəhbərliyə başlayıb və əvvəlki rəhbərliyi işdən çıxarıb.