Burkina-Fasonun şimal-qərbində terrorçuların hücumu nəticəsində azı 33 nəfər ölüb.
“Zirvə yolu” xəbər verir ki, bu barədə Bukl-du-Muhun ragionunun qubernatoru Pyer Bassinq “Agence France Presse”ə bildirib.
Burkina-Faso 2015-ci ildən Qərbi Afrikada terror fəaliyyətinin episentrinə çevrilib. Ölkədə bir neçə beynəlxalq ekstremist qruplar, o cümlədən İŞİD qruplaşmasının strukturu olan “Böyük Səhrada İslam Dövləti” və “Ənsarül-İslam” fəaliyyət göstərir. Qeyri-hökumət təşkilatlarının məlumatına görə, son illərdə Burkina-Fasoda 10 mindən çox insan terrorçular tərəfindən öldürülüb.