Ukrayna Silahlı Qüvvələri (SQ) Baxmut şəhəri yaxınlığındakı qəsəbələrdə irəliləməyə davam edir.
“Zirvə yolu” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.
Onun sözlərinə görə, Ukrayna ordusu Rusiya qoşunlarının 10-dan çox mövqeyini tutub.
“Bizim bölmələrimiz bu gün Baxmut ərazisinin şimalında və cənubunda 10-dan çox düşmən mövqeyini ələ keçirib və İvanovski rayonundakı meşənin əhəmiyyətli hissəsini təmizləyib”, – o vurğulayıb.