Manşet Siyasət

Şarl Mişel: “Azərbaycan və Ermənistan liderləri münasibətləri normallaşdırmaq istəklərini bildiriblər”

Üçtərəfli görüşdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dair müzakirələr aparılıb.

“Zirvə yolu”nun məlumatına görə, bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel üçtərəfli görüşün yekunlarına dair açıqlamasında deyib.

“İki ölkə liderləri regionda vəziyyəti normallaşdırmaq istəklərini bildiriblər. Biz Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası məsələlərini müzakirə etdik”, – Şarl Mişel bildirib.

Şarl Mişelin sözlərinə görə, Aİ-nin yalnız bir məqsədi var – tərəflərə sülhə nail olmaqda kömək etmək:

“Bu məqsədlə biz iyul ayında Brüsseldə daha bir görüşün keçirilməsi barədə razılığa gəldik, bundan əvvəl isə Kişinyovda Fransa Prezidenti və Almaniya Kanslerinin iştirakı ilə daha bir görüşün keçirilməsi planlaşdırılır”.

“Fikir mübadiləmiz səmimi və açıq olub. Biz birlikdə gündəlikdəki bütün məsələləri nəzərdən keçirdik. Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh sazişinin imzalanması istiqamətində qətiyyətli addımların atılması üçün sürəti saxlamaq lazımdır”, – Aİ Şurasının Prezidenti vurğulayıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir