Dünya

Çavuşoğlu: “Özbəkistanın Türk Şurasında iştirakı təşkilatı daha da gücləndirəcək”

Özbəkistanın Türk Şurasında iştirakı təşkilatı daha da gücləndirəcək.

Zirveyolu.info Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ölkələrinin xarici işlər nazirlərinin iclası çərçivəsində deyib.

Türkiyəli nazir bildirib: “Özbəkistanın türk dünyasının mühüm ölkələrinən biridir. Özbəkistanın Türk Şurasında iştirakı tarixi addımdır. Bu addım təşkilatı daha da gücləndirəcək. Türkiyə buna çox sevinir”.

Qeyd edək ki, bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ölkələrinin xarici işlər nazirlərinin iclası keçirilir. İlk dəfə olaraq Özbəkistan Türk Şurasının tamhüquqlu üzvü kimi iclasda iştirak edir.

Türk Şurası 2009-cu il oktyabrın 3-də Naxçıvanda yaradılıb. Şuranın məqsədi üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir.

Təşkilat yaranandan bəri üzv ölkələrin liderlərinin altı iclası baş tutub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir