Qırğız Respublikası parlamentinin spikeri Nurlanbek Şakievin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana işgüzar səfərə gəlir.
“Zirvə yolu” “AKI Press”ə istinadən xəbər verir ki, Qırğız Respublikası parlamenti Joqorku Keneşin mətbuat xidməti məlumat yayıb.
Səfər çərçivəsində spiker Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbirlərdə iştirak edəcək, həmçinin bir sıra yüksək səviyyəli görüşlər keçirəcək.
Joqorku Keneşin nümayəndə heyəti Türkdilli Dövlətlərin Parlament Assambleyasının baş ofisinə baş çəkəcək və onun fəaliyyəti ilə tanış olacaq.