Manşet Siyasət

Belarusun Nümayəndələr Palatasının sədr müavini Azərbaycana səfər edəcək

Belarusun Nümayəndələr Palatasının sədr müavini Valeri Mitskeviç sabah Bakıya gələcək.

“Zirvə yolu” BELTA-ya istinadən xəbər verir ki, bu barədə Belarus Nümayəndələr Palatasının mətbuat xidməti məlumat yayıb.

Valeri Mitskeviç Azərbaycan Milli Məclisinin Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş növbədənkənar iclasında iştirak edəcək.

Belarusun Nümayəndələr Palatasının sədr müavininin Azərbaycan parlamentinin növbədənkənar iclasında salamlama nitqi ilə çıxış edəcəyi, həmçinin Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşəcəyi planlaşdırılır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir