İdman

Azərbaycan basketbol tarixində ilk yaşanacaq

Azərbaycan basketbol tarixində ilk yaşanacaq.

“Zirvə yolu”nun məlumatına görə, Astarada qadınlar arasında 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunları keçiriləcək.

Azərbaycan millisi ilə bərabər, ikisi klub olmaqla ümumilikdə 12 komanda yarışda qüvvəsini sınayacaq. Azərbaycan, Almaniya, Çin, Polşa, Misir, Çexiya, Macarıstan, Rumıniya, Ukrayna və Avstriya 3×3 qadın yığmaları, həmçinin, Çinin “Yuanda” və Azərbaycanın “Neftçi” klubu turnirdə mübarizə aparacaqlar.

Qeyd edək ki, Dünya Qadın Seriyasının oyunları 20-21 may tarixlərində Astara bulvarında keçiriləcək.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir