Dünya

“Pulunu ödəmişik, amma silahları ala bilməmişik” – Ermənilər Rusiyanı İTTİHAM ETDİ

“Ermənistan pulunu ödədiyi silahları Rusiyadan ala bilməyib”.

Zirveyolu.info  KONKRET.az-a istinadla xəbər verir ki, bunu mayın 16-da jurnalistlərə müsahibəsində Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan deyib.

“Hazırda Ermənistanın KTMT-dən çıxması məsələsi gündəmdə deyil. Vəziyyət ağırdır, gözləntilərimiz özünü doğrultmasa da, işi davam etdirmək qərarı var.

Biz dəfələrlə bəyan etmişik ki, KTMT Azərbaycan təcavüzü ilə bağlı yaranmış vəziyyətə siyasi qiymət verməlidir.

İrəvan danışıqlarda Qarabağın hüquqları və təhlükəsizliyi üçün beynəlxalq mexanizmin yaradılmasını rəhbər tutur”, – deyə Safaryan bildirib.

O, Rusiyadan alınan silahların Ermənistana çatmadığını təsdiq edib.

“Ermənistan həqiqətən də Rusiyadan silahları almayıb. Hazırda biz bu məsələ üzərində işi davam etdirməyə çalışırıq. Deyə bilmərəm ki, bu, Kremlin siyasətinin nəticəsidir, yaxud silahsızlıqdır. Rusiya tərəfinə nə qədər pul ödənildiyini bilmək üçün Müdafiə Nazirliyi ilə əlaqə saxlamağınız məsləhətdir”, – deyə o vurğulayıb.

Safaryan silahların Ermənistana niyə çatmadığını izah etməyib.

Xarici işlər nazirinin müavininə 5 dəfə Qarabağın Azərbaycan ərazisinin 86,6 min kvadrat kilometrinə daxil olub-olmaması sualı verilib. Safaryan suala dəqiq cavab verə bilməyib və yayınmağa çalışıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir