Cəmiyyət

Əbülfəs Qarayev Bakıda vətəndaşları qəbul edib

Oktyabrın 14-də Mədəniyyət naziri Əbülfəs Qarayev Bakı Şəhər Mədəniyyət Baş İdarəsində bu il növbəti dəfə vətəndaşları qəbul edib.

 

Modern.az xəbər verir ki, nazir görüşdə iştirak edən vətəndaşlar tərəfindən səsləndirilən müxtəlif məzmunlu müraciətləri dinləyib.

 

Qəbula yazılmış vətəndaşlar mədəniyyət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, musiqi və incəsənət məktəblərinin, teatrların fəaliyyəti ilə bağlı təklif və müraciətlərini diqqətə çatdırıblar. Həmçinin paytaxt sakinlərinin fəxri adların verilməsi, təhsil, işlə təmin olunma və digər məsələlərlə bağlı xahiş və təkliflərinə baxılıb.

 

Qəbulda müraciətlərin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb.

 

Nazir Əbülfəs Qarayev sakinlərin qaldırdıqları bir sıra məsələlərlə əlaqədar lazımi tədbirlərin görülməsi üçün tapşırıqlar verib

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir