“Heydər Əliyev təkcə postsovet məkanında deyil, onun hüdudlarından kənarda da qüdrətli və hörmətli liderlərdən biri olub. O, dünya səviyyəli lider olduğunu sübut edib”.
“Zirvə yolu” xəbər verir bunu Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy bildirib.
“Rusiyalılar Heydər Əliyevə xüsusi münasibət bəsləyirlər. Biz onu Sovet İttifaqının tərkibində respublikaya rəhbərlik etmiş, sonra isə SSRİ daxilində beynəlxalq əlaqələrin inkişafı üçün çox işlər görmüş bir insan kimi xatırlayırıq. O, Azərbaycan mədəniyyətinin təbliği üçün çox iş görüb”, – o bildirib.