Ermənistanda respondentlərin 38,7 faizi baş nazir Nikol Paşinyanın fəaliyyətini qəti olaraq bəyənməyib.
“Zirvə yolu” xəbər verir ki, bu, “GALLUP” Beynəlxalq Sosioloji Assosiasiyasının keçirdiyi sorğunun nəticələrində göstərilib.
Sorğunun nəticələrinə əsasən, Ermənistanın baş naziri Nikol Paşinyanın fəaliyyətini rəyi sorşulanların 13,9 faizi tamamilə, 24,1 faizi qismən bəyəndiyini, 12,3 faizi isə qismən bəyənmədiyini bildirib. Respondentlərin 10,8 faizi hökumətin fəaliyyətini tamamilə bəyəndiyini bildirsə də, 42,9 faizi birmənalı şəkildə bəyənmədiyini açıqlayıb. Rəyi soruşulanların 21,9 faizi hökumətin fəaliyyətini qismən bəyənib, 11,8 faizi isə qismən bəyənməyib.
Respondentlərin 50,9 faizi parlamentin fəaliyyətini heç bəyənmədiyini, 5,9 faiz isə qəti bəyənmədiklərini qeyd ediblər.
Sorğu 2023-cü il aprelin 26-30-da Ermənistan üzrə telefon vasitəsilə 1100 vətəndaş arasında keçirilib.