“Maşın” realiti şousunu ərsəyə gətirən “M Group Production” müğənni Rəqsanə İsmayılovanın ittihamlarına cavab verib.
Sonxeber.az xəbər verir ki, layihənin mətbuat xidmətindən qafqazinfo-ya verilən məlumata görə, sənətçinin iddiaları həqiqəti əks etdirmir.
Qeyd olunub ki, sözügedən qalmaqallı kadrlar yarışmanın “Youtube” səhifəsində qalmaqdadır: “O kadrlar haradan silinib? “Youtube” kanalımızda o görüntülər varsa, kim deyə bilər ki, silmişik? Hansısa İnstaqram səhifəsi videoları silibsə, bunun bizə aidiyyatı yoxdur”.
Bundan əlavə, prodakşın ifaçının “qalib Kəmalədir” ifadəsinə də münasibət bildirib: “Bu başdan kimsə qalibin adını açıqlaya bilməz. Çünki heç finalistlərin adları bəlli deyil. Axşam bir nəfər tribunaya çıxacaq, səs toplasa, kimisə şoudan uzaqlaşdıracaq, əks halda özü gedəcək. Daha sonra 3 nəfər finalist məlum olacaq. Rəqsanə xanım şəxsi fikirlərini deyib. Amma bu sadəcə onun fikirləridir. Bəlkə, bu gün elə Kəmalə Piriyeva oyundan çıxacaq? Və yaxud, o, “Maşın”ın qalibi olacaq. Bu o demək deyil ki, Rəqsanə belə dedi, açıqlaması real oldu. Yəni 4 nəfər var, amma qalibin kim olacağını heç kəs əvvəldən deyə bilməz”.
Qeyd edək ki, Rəqsanə İsmayılova instaqramın canlı yayımına qoşularaq “Maşın”da aktrisa-aparıcı Kəmalə Piriyevanın qayda pozduğunu, lakin göz yumulduğunu bildirib.