Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Mariya Kirilyuk Rusiya çempionatının A Yüksək Liqasının ikincisi olub.
Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, blokçunun formasını geyindiyi “Severyanka” klubu son qarşılaşmada “Lokomotiv-2” ilə üz-üzə gəlib. Rəqibini 3:1 hesabı ilə məğlub edən Çerepoveç təmsilçisi A Yüksək Liqanın gümüş medalına sahib çıxıb.
Qeyd edək ki, yarış dairəvi sistemlə keçirilib. İlkin etapı lider kimi başa vuran “Severyanka” final mərhələsində topladığı xallara görə ikinci olub.