“Akvakulturada yetişdirilən balıq kürülərinin ilk dəfə ixracına razılıq verilib”.
“Zirvə yolu” xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan 2023” və 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” sərgisində çıxışı zamanı deyib.
O bildirib ki, həyata keçirilən nəzarət tədbirləri respublikamızdan Avropa İttifaqına üzv ölkələrə fındıq məhsullarının sadələşdirilmiş şərtlərlə ixracına imkan verib: “Avropa İttifaqının müvafiq qurumu ilə aparılmış intensiv iş nəticəsində ölkəmizdən heyvan dərisinin və yununun ixracına, bu yaxınlarda isə akvakulturada yetişdirilən balıq kürülərinin ilk dəfə ixracına razılıq verilib”.