Cəmiyyət

”İcra başçısı bizi şantaj edir,həm də hədələyir” – Qazi Anası ETİRAZ EDİR

Mingəçevir şəhər icra hakimiyyətinin başçısı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş müharibə vetranın evinin uçurtmaqla hədələyir.
Bu haqda Dünyanınsəsi.Az saytına Mingəçevir sakini Səlimova Mərziyə tərəfindən göndərilən video-şikayətdə səsləndirilir.
Şikayətçi ana bildirir ki, oğlu Səlimov Orxan İkinci Qarabağ müharibəsi veterandır.Onlarfın yaşadıqları həyət evi su altında qalıb.Bu problemin həll edilməsi ilə bağlı Mingəçevir şəhər icra hakimiyyəti başçısı İlham İsmayılova müraciət edib.Cənab başçının isə veteran anasına vermiş olduğu cavab problemlər içində batıb, boğulan ananı daha da qəzəbləndirib.
Göründüyü kimi, Prezident İlham Əliyevin uğurlu sosial siyasəti ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımların atılmasını, sosial inkişafda ciddi irəliləyişləri təmin etdiyi bir dönəmdə Mingəçevirin icra başçısı nədən vətəndaşı dövlətindən narazı salmalıdr?
Veteran ansının video-şikayətini təqdim edirik: //Dünyanınsəsi.Az//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir