İdman

Ançelotti Çempionlar Liqasında oyun sayına görə mütləq rekordçu olub

İspaniya “Real Madrid”inin baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasında ən çox oyun keçirən çalışdırıcı olub.

“Zirvə yolu”nun məlumatına görə, italiyalı mütəxəssis bu uğura “kral klubu”nu İngiltərədə “Mançester Siti” ilə yarımfinal mərhələsinin cavab matçına çıxarmaqla imza atıb.

Bu, Ançelottinin qitənin bir nömrəli klub turnirində baş məşqçi kimi 191-ci görüşü olub. 64 yaşlı mütəxəssis bu göstəricidə Ser Aleks Ferqyusonu (190) geridə qoyub. Üçüncü sırada İngiltərə “Arsenal”ının sabiq baş məşqçisi Arsen Venger (184), dördüncü pillədə “Mançester Siti”nin çalışdırıcısı Xosep Qvardiola (160), beşinci yerdə isə İtaliya “Roma”sına rəhbərlik edən Joze Mourinyo (145) qərarlaşıb.

Qeyd edək ki, hazırda “Mançester Siti” – “Real Madrid” matçında ikinci hissə oynanılır və meydan sahibləri hesabda öndədir – 2:0.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir