Bu gün UEFA Avropa Liqasında finalçılar bəlli olacaq.
“Zirvə yolu”nun məlumatına görə, yarımfinalın cavab oyunlarından sonra həlledici görüşə vəsiqə qazanan komandalar müəyyənləşəcək.
İlk oyunda İtaliyada “Yuventus”la 1:1 hesablı heç-heçəyə razılaşan “Sevilya” bu dəfə rəqibini İspaniyada qəbul edəcək. “Ramon Sançes Pisxuan” stadionunda oynanılacaq qarşılaşmanın baş hakimi niderlandlı Denni Makkeli olacaq.
Yarımfinalın digər cavab oyunda isə İtaliya “Roma”sı Almaniyada “Bayer”lə qarşılaşacaq. Matçı “Bay Arena”dakı görüşü sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edəcək. Komandalar arasında ilk dueli “canavarlar” qazanıb – 1:0.
UEFA Avropa Liqası
Yarımfinal, cavab oyunları
18 may
23:00. “Sevilya” (İspaniya) – “Yuventus” (İtaliya)
Baş hakim: Denni Makkeli (Niderland)
Sevilya, “Ramon Sançes Pisxuan” stadionu
İlk oyun – 1:1
23:00. “Bayer” (Almaniya) – “Roma” (İtaliya)
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Leverkuzen, “Bay Arena”
İlk oyun – 0:1
Qeyd edək ki, Avropa Liqasının final oyunu mayın 31-də Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da baş tutacaq.