Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən VII Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçıları ilə birgə şam ediblər.
Publika.az xəbər verir ki, dövlət başçılarının şam yeməyinə qalstuksuz qatılması beynəlxalq mediada diqqət çəkib.
Media bunu lidelərin dünyaya mesajı kimi dəyərləndirib.
Qeyd edək ki, ziyafətdə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan, Özbəkistan prezidenti Şavkat Mirziyoyev, Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev, Macarıstanın Baş naziri Viktor Orban, Qırğızıstan prezidenti Suronbay Ceenbekov iştirak edib.