Dünya

Ukrayna HHQ ötən gecə zərərsizləşdirilən İran istehsalı olan dronların sayını açıqlayıb

Ukrayna Hərbi Hava Qüvvələri ötən gecə Rusiyaya məxsus 4 ədəd “Şahid” PUA-larının vurulduğunu açıqlayıb.

“Zirvə yolu” xəbər verir ki, bu barədə HHQ teleqramda məlumat yayıb.

Bildirilib ki, mayın 20-də axşam saatlarında “Vostok” hava komandanlığının məsuliyyət zonasında şərq istiqamətində düşmənin dörd hücum PUA-sı “Şahid-136/131” məhv edilib.

Dronlar saat 21:00-00:00 arasında zərərsizləşdirildiyi vurğulanıb.

Qeyd edək ki, “Şahid” kamikadze dronları İran istehsalıdır. Bu silahdan Rusiyanın Ukraynaya hərbi təcavüzündə “Geran” adı ilə geniş istifadə olunur. Bununla belə, Tehran hökuməti bu dronların Rusiyaya tədarükünü təkzib etməkdə israrlıdır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir