Xəbər

44 saylı Şəhər Poliklinikasında PULYIĞIMI… – “Məsələni böyütmək lazım deyil…”

44 saylı Şəhər Poliklinikasının Baş tibb bacısı Aygün Qarayevanın səs yazısı Abzas Media-ya göndərilib. O, keçmiş prezident Heydər Əliyevin yubileyi ilə əlaqədar tibb işçilərindən pul istəyir.

“Heydər Əliyevin yubileyi ilə əlaqədar olaraq divarda şəkillər asılacaq, onu sifariş veriblər. Tibb bacıları 10 manatdan, sanitar işçilər 5 manatdan, həkimlər də 20 manatdan gətirsinlər” – A.Qarayeva səs yazısında deyib.

Tibb bacısı Abzas Media-ya bildirib ki, bu məsələni böyütmək lazım deyil:

“Mən sizdən çox xahiş edirəm… Necə lazımdır, nə təhər lazımdır həll edək məsələni. Belə böyütmək lazım deyil”. //Abzas Media//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir