İdman

XXI əsrin ilk 10 illiyində ən çox qol vuran qapıçılar: Siyahıda azərbaycanlı futbolçu da var

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) XXI əsrin ilk onilliyində ən çox qol vuran qapıçıların siyahısını dərc edib.

“Zirvə yolu”nun məlumatına görə, 15 nəfərlik cədvəldə azərbaycanlı qolkiper də var.

Bu, “Turan”ın sabiq kapitanı Nizami Sadıqovdur. O, 2001-2010-cu illər aralığında Azərbaycan çempionatında 9 qola imza atıb.

Siyahıya braziliyalı Rojerio Seni başçılıq edir. Seni nəzərdə tutulan müddətdə 58 dəfə fərqlənib. O, ümumi karyerası ərzində isə rəqib qapılarına 129 dəfə yol tapıb.

1992-2004-cü illər aralığında “Turan” və “Kəpəz”in formasını geyinmiş Nizami Sadıqov isə ümumilikdə 21 qol vurub.

Qapıçı Ölkəsi Qollar Cəmi
ÖÇ ÖK BKY MK
1 Rojerio Seni Braziliya 58 5 13 76
2 Conni Veqas Peru 34 1 35
3 Vensan Enyama Nigeriya 18 2 4 24
4 Misael Alfaro Salvador 22 22
5 Fernando Patterson Kosta-Rika 20 2 22
6 Kristian Lukketti Argentina 17 2 19
7 Dimitar İvankov Bolqarıstan 14 3 1 18
8 Fan Van Santos Vyetnam 14 1 15
9 Sebastian Saya Argentina 12 1 13
10 Hans-Yorq Butt Almaniya 9 2 11
11 Jarko Luçiç Monteneqro 10 10
12 Qaston Losa Argentina 9 9
13 Nizami Sadıqov Azərbaycan 9 9
14 Uqo Suares Boliviya 7 1 8
15 Xose Luis Çilavert Paraqvay 4 1 2 7

Qeyd: ÖÇ – ölkə çempionatı, ÖK – ölkə kuboku, BKY – beynəlxalq klub yarışları, MK – milli komanda

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir