Manşet Siyasət

Azərbaycan lideri: “Biz hesab edirik ki, sülh anlaşmasının imzalanması qaçılmazdır”

“Biz hesab edirik ki, sülh anlaşmasının imzalanması qaçılmazdır”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 22-də Vilnüsdə Litva Prezidenti Gitanas Nauseda ilə mətbuata bəyanatla çıxış edən zaman bildirib.

“Azərbaycan-Ermənistan sülh danışıqları haqqında Litva Prezidentini məlumatlandırdım. Azərbaycan torpaqlarının uzun illər ərzində – 30 ilə yaxın Ermənistanın işğalı altında olmasına, 1 milyon azərbaycanlının bu işğal nəticəsində öz doğma torpaqlarından didərgin düşməsinə, ərazilərimizin təxminən 20 faizinin işğal altında olmasına və işğal edilmiş ərazilərdə demək olar bütün infrastrukturun, binaların, o cümlədən tarixi abidələrin işğalçılar tərəfindən dağıdılmasına baxmayaraq, ümid edirik ki, sülh danışıqlarının aparılması nəticə etibarı ilə Qafqaza uzunmüddətli sülh gətirəcək”, – dövlət başçısı qeyd edib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir