Dünya

“Barış Pınarı” bölgə üçün nə vəd edir? – Politoloqdan açıqlama

Türkiyə ordusunun Suriyada sayca 3-cü hərbi əməliyyatı “Barış Pınarı” artıq 8-ci günündədir.

Oktyabrın 9-da saat 16:00-da Türkiyə ordusu Suriyanın şimal-şərqində YPG silahlı təşkilatının daxil olduğu “Suriya Demokratik Qüvvələri” (SDQ) koalisiyasının nəzarətində olan bölgədə hərbi əməliyyata başlayıb.

Bölgədə əməliyyatların gərginləşdiyi bir dövrdə əsas sual bu hərbi əməliyyatların regiona nə kimi təsir göstərəcəyi ilə bağlıdır.

Xatırladaq ki, Türkiyə bir müddət öncə də sərhədlərində terror təhlükəsini əsas gətirərək Suriyada hərbi əməliyyatlar keçirib.

Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verə politoloq Hikmət Hacızadə bildirdi ki, Türkiyənin bölgədə bu cür əməliyyat başlatmasının həm mənfi, həm də müsbət nəticələri ola bilər.

“Türkiyə başlatdığı bu əməliyyatı uğurla sonlandıra bilsə, əlbəttə ki, bu region üçün çox yaxşı nəticələr verə biləcək. Ən əsası terror təhlükəsi azalmış olacaq, terrorla mübarizə aparan bir çox Yaxın Şərq ölkələri dirçələ biləcək. Həm kürd, həm də suriyalı qaçqınların problemlərinin həlli asanlaşacaq. Yox, əgər Türkiyəyə burada mane olsalar və plan uğursuz olsa, onda yenə separatçılar regionun stabilliyini pozmaqda davam edəcəklər. Türkiyəyə uğurlar diləyirik. Azərbaycan sizin yaninizdadır!”.

Onu da qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İnkişaf və Ədalət Partiyasının (AKP) parlamentdəki farksiyasının genişlənmiş toplantısında “Barış Pınarı” əməliyyatının başa çatması üçün şərti açıqlayıb.

“Türkiyə tarixində terror qruplaşması ilə bir masa araxasında oturmaq yoxdur və olmayacaq. Bununla bağlı bizi axtarıb, danışıq aparmaq istəyənlərə deyirik: Türkiyənin müttəfiqliyini görməzdən gəlib, terror qruplaşmasının könlünü xoş etmək istəyirsizsə, bizim şərtimiz elan etidyimiz 32 km-lik təhlükəsizlik bölgədən bu gecə bütün terrorçuların çıxmasıdır. Onda bizim “Barış Pınarı” aniterror əməliyyatı başa çatacaq. Yox, terrorçuları qorumaq istəyirlərsə, o zaman yenə də onların bölgədən çıxması lazımdır. Yox, terrorçular vasitəsi ilə bizə təzyiq etmək istəyirlərsə, bağışlayın, biz buna icazə verməyəcəyik. Terrorçuları təqib etdik, edəcəyik. Hazırda 1220 km–lik ərazini terrorçulardan təmizlədik”, – deyə Türkiyə Prezidenti bildirib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir