Cəmiyyət Xəbər

“Виктор, у вас совесть есть??!” – NARAZILIQ!

“Şikayətim “Qalaalti Hotel & Spa Complex”dəndir”. DİA.AZ bildirir ki, bu barədə “Müştərinin Səsi” sosial qrupundakı paylaşımda giley olunur.

Daha sonra narazı vətəndaş yazır: “Yenə əmin olduq ki, keyfiyyətin reklama ehtiyacı yoxdur…

Ümumiyyətlə yeməkləri dadsız, bərbad. Günorta verilən qızardılmış skumbriyanı, “kartof fri”ni və s. yeməkləri axşam da qızdırıb müştərilərə verirlər.
Ümidimiz səhər yeməyinə idi, o da belə… Pendirləri elə bil, yerdən yığıblar, kükünün, göyərtisinin qumu dişivizin dibində simfoniya çalırdı. Öyrəndiyimə görə ”şef-povarın” adı Viktordu.
Виктор, у вас совесть есть???!
Otaqlardanda ki, yazmıram day, bu rezilliyi görmək lazım.
Məsləhət görmürük heç kimə.
Çox heyf ki, bizdə otellərin ulduzlarına görə keyfiyyətin səviyyəsini ölçən komissiya işləmir, yoxsa belə otelləri 3 ulduza endirmək lazımdır!”

DİA.AZ bildirir ki, narazı vətəndaş daha sonra fotodəlil təqdim edib:


İddia olunanlarla bağlı Zirveyolu.info olaraq qarşı tərəfi də dinləməyə hazırıq…

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir