Maliyyə Nazirliyinin tabeçiliyində olan 13 saylı Şirvan Regional Xəzinadarlıq İdarəsinin rəisi Vüqar İbrahimov Zəngilandan olan məcburi köçkün həyatı yaşamış şəxslərə problem yaradır. Belə ki, məcburi köçkün həyatı yaşamış şəxslərin bildirdiyinə görə, Vüqar İbrahimovun səhlənkarlığı ucbatından bir neçə aydır məvaciblərini ala bilmirlər.
Məlumatda o da bildirilir ki, 13 saylı Şirvan Regional Xəzinadarlıq İdarəsinin rəisi, Vüqar İbrahimov və müavini Əziz adlı şəxs məcburi köçkünlərlin işləri ilə bağlı çox böyük problemlər yaradır.
Zəngilandan olan məcburi köçkün həyatı yaşamış şəxslər bildirdi ki, bizim məvaciblərimizin saxlanılması 13 saylı Şirvan Regional Xəzinadarlıq İdarəsinin “yanına getməməyimiz” olub. Bircə onu deyə bilərik ki, Zərnəli icra nümayəndəliyinin Nizami rayonunda yerləşən binasına işıq çəkilməsi üçün Dövlət Qaçqınlar Komitəsi tərəfindən ödənilən pulu 13 saylı Xəzinadarlıq qəbul etmək istəmir. Ona görə ki, bizim nümayəndəmiz onların “yanına getmirlər”.
Ona görə də, böyük bir müəssisə dövlət büdcəsindən verilən məvaciblərini ala bilmirlər. Görəsən 13 saylı Şirvan Reqional Xəzinadarlıq İdarəsinin rəisi Vüqar İbrahimov məcburi köçkün həyatı yaşamış şəxslərə qarşı niyə süründürməçiliyə yol verir? //gundelik-baku.com//