Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Məharət Mustafayevin “məharətli gedişləri”…
Şirvan şəhər İcra Hakimiyyətinin heç vaxt müavin sarıdan bəxti gətirməyib. Biri gəldi darmadağın dağıtdı, o biri gəldi yerdə qalanları satdı, indikindən biz ərz edək, siz diqqətlə oxuyun. Allah sənin ölənlərinə rəhmət eləsin Mərdan Camalov. Dərhal keçirəm mətləbə.
Mustafayef Məharət Mustafa oğlu, vikipediyada göstərilən məlumatlara görə doğum tarixləri bilinmir, hərbi xidmətdə olmağı bilinmir, neçənci ildə hansı məktəbi bitirib o da bilinmir. O bilinir ki, 2011-ci ildə Yevlax Rayon Torpaq Şöbəsinin müdiri olub.
2011-2014 Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısı olub.
2016-2018 Gəncə Şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisi olub. Ya vəlvələdən, ya zəlzələdən sonrakı fəaliyyəti Məharət Mustafayevi Şirvan şəhərinə gətirir.
Bəli, Məharət Mustafayev gəlib olur Şirvan Şəhər İcra Hakimiyyətində Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşsırılması Şöbəsinin müdiri. Çox gözəl, biz alqışlayırıq.
Məharət Mustafayev Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini olan kimi baldızı Rzayeva Aynurəni tez-tələsik Şirvan şəhər 13 saylı məktəbə direktor təyin elətdirir. Baldız Aynurə Rzayeva 13 nömrəli məktəbin təlim-tərbiyəsi ilə və yeznə Məharət Mustafayev o boyda Şirvan Şəhəri İcra Hakimiyyətinin müavini vəzifəsi ilə…
Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Məharət Mustafayevin baldızı Aynurə Rzayeva Şirvan şəhər 13 nömrəli məktəbin direktoru olduğu gündən, bu günə qədər, direktor olması ilə yanaşı başqa işləri də öz üzərinə götürüb. Bu başqa bir yazının mövzusudur, bu barədə geniş yazımız olacaq.
Gəlin bir azda Məharət Mustafayevin övladları ilə maraqlanaq.
Bizim bildiyimizə görə, Məharət Mustafayevin 2 oğul övladı var, heç biri əsgərlikdə olmayıb. Övladlarından biri Bəhruz Mustafayev pambıq yığımına rəhbərlik edir, yəni Pambıq Zavodunun direktorudur.
O biri oğlu Ramiz Mustafayev isə diş həkimidir. Məharət Mustafayev Şirvan şəhər İcra Hakimiyyətinin başçısının müavini olması ilə bərabər həm də Hərbi Çağırış Komissiyasının üzvüdür. Şirvan camaatı bildirirlər ki, Məharət Mustafayevin tam sağlam olan uşaqlarının heç biri hərbi xidmətə getməyib.
Vətəndaşlar açıq-açığına bildirirlər ki, nə üçün İcra başçısının müavininin uşaqları hərbi xidmətdən yayınır? Necə ola bilər ki, vəzifəyə keçəndə yararlı olurlar, hərbi xidmətə getmək lazım olanda xidmətə yararsız çıxarılırlar?
Şirvan camaatı kütləvi şəkildə yuxarı instansiyalara məktubla müraciət etmək istəyirlər ki, Məharət Mustafayevin tam sağlam olan uşaqları nə üçün hərbi xidmətdən yayınır? Necə ola bilər ki, bizim uşaqlarımız orduya könüllü gedirlər, vəzifəli şəxslərin uşaqları isə əsgərlik vaxtı çatanda “neqodnu” olurlar.
Məharət Mustafayev məmur olmaqla yanaşı həm də bahalı obyektlər sahibidir. Bir faktı nəzərinizə çatdıraq ki, Məharət Mustafayev öz vəzifə səlahiyyətlərini də aşır.
Belə ki, Məharət Mustafayev Mənzil Kommunal Təsərrüfat birliyinin rəhbərinə tapşırıb ki, hər gün
“Komxozun” işçiləri gəlsin, onun evinin və obyektlərinin qarşısını təmizləsinlər.
Altıncı və bazar günləri isə “Komxozun” işçiləri Azər müəllimin tapşırığı ilə Məharət Mustafayevin həyətyanı sahələrini təmizləyirlər.
Dövlətdən məvacib alan şəxsləri məcbur edirlər ki, təcili rəhbər şəxslərin evlərini, ofislərini, hətta maşınlarını yuyub təmizləsinlər, yoxsa işdən qovularlar. Hələ bu harasıdır. Saytlara nəzər saldıqda
Şirvanda məmur övladının illər öncə yeni həyat qurmuş gənc bir xanımın namusuna sataşaraq hamilə buraxmış, ailəni dağıtmışdır.
Bu barədə Pakizə xanım ailələrinin başına gələn müsübətlə bağlı videomüsahibə verib.
Sizlərə təqdim edəcəyimiz bu video reportaj daha bir məmur övladının harınlaması nəticəsində meydana çıxan ailə dağılması dramından bəhs edir.
Belə ki, Şirvan şəhər sakini Pakizə xanım Allahverdiyeva Şəhər İcra Başçısının müavini Məharət Mustafayevin oğlu Bəhruz Mustafayev tərəfindən Pakizə xanımın oğlunun ailəsinin dağılmasında günahkar saydığı, harınlamış məmur oğlundan Prezidentə və baş prokurora müraciət edib.
Hər kəs tərəfindən qınanılan, Şirvanda yaşanan bu iyrənc hadisə, məmur övladı tərəfindən yeni ailə qurmuş gəlinini zorla hamilə qoyması həqiqətəndə qandondurucudur.
Bu gündən illər öncə, baş vermiş hadisənin necə nəticələnməsi haqqında araşdırma aparacağıq.
gundelik baki.com