Dünya

Türkiyədən Trampın məktubuna sərt cavab – “Zibil qutusuna atıldı”

ABŞ prezidenti Donald Trampın Rəcəb Tayyib Ərdoğana yazdığı məktuba Türkiyədən ilk cavab gəldi.

AzNews.az xəbər verir ki, Prezident Administrasiyasından “CNN Türk”ə açıqlama verən mənbə təklifin rədd edildiyini deyib.

“Təklif rədd edildi, məktub zibil qutusuna atıldı. Məktubun cavabı “Barış Pınarı” hərəkatıdır”.

DİA.AZ xatırladır ki, məktubun tam mətni belə idi:

“Hörmətli Prezident,

Gəlin, əlverişli razılaşma əldə etməyə çalışaq. Siz minlərlə insanın ölümündə təqsirli olmaq istəməzsiniz. Mən də Türkiyənin iqtisadiyyatını məhv etmək istəmərəm – ancaq edə bilərəm. Bu mövzuda edə biləcəklərimin kiçik bir hissəsini rahib Branson məsələsində göstərmişdim.

Sizin problemlərinizi həll etmək üçün çox çalışıram. Dünyaya xəyal qırıqlığı yaşatmayın. Yaxşı razılaşma əldə edə bilərsiniz. General Mazlum (Şahin Cilo adlı PKK terroristi) sizinlə danışıqlara getmək istəyir. Əvvəlkindən fərqli olaraq bir çox şeydə güzəştə getməyə razıdır. Təzəlikcə əlimə keçən mənə ünvanladığı məktubu da sizə göndərirəm.

Əgər bunu doğru və insani formada həyata keçirə bilsəniz, tarix sizə müsbət yanaşacaq. Yaxşı şeylər olmasa, tarix sizi sona qədər şeytan kimi görəcək. Düşmən bir adam olmayın. Axmaq olmayın.

Sizə sonra zəng edəcəm.

Hörmətlə,

Donald Tramp”.

Türkiyədən Trampın məktubuna sərt cavab

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir