İdman

“Çelsi” portuqaliyalı futbolçunu “Atletiko”ya qaytarıb

Ötən mövsüm İngiltərə “Çelsi”sində çıxış edən Portuqaliya millisinin futbolçusu Joau Feliks İspaniyanın “Atletiko” (Madrid) klubuna qayıdacaq.

“Zirvə yolu” xəbər verir ki, bu barədə Madrid təmsilçisinin prezidenti Enrike Sereso açıqlama verib.

Funksioner “zadəganlar”ın 24 yaşlı hücumçunu almayacağını söyləyib: “Komandanın yeni baş məşqçisi Mauritsio Poçettino Feliksi istəmədi. O, bizə qayıdacaq. Bundan sonra necə olacaq? Hələlik bir planımız yoxdur”.

Qeyd edək ki, Joau Feliks yanvardan icarə əsasında “Çelsi”də çıxış edib. Forvard 20 görüşdə 4 qola imza atıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir