İqtisadiyyat

Azərbaycanda qiymət fərqindən yığımlar üzrə proqnoz 66 % artırılır

Azərbaycanın yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin gəlirlərinin 186 milyon manatı Azərbaycanda istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən yığımlar üzrə daxilolmaların payına düşəcək.

“Zirvə yolu” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 66,1 % çoxdur.

Xatırladaq ki, dəyişikliklə bu il büdcə gəlirlərinin 33 milyard 779,5 milyon manat, büdcə xərclərinin isə 36 milyard 568,8 milyon manat olacağı gözlənilir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir