Dünya

Şimali Koreyanın peyk buraxılışı uğursuz olub

Şimali Koreyanın kəşfiyyat peykinin orbitə buraxılışı uğursuzluqla başa çatıb.

Bu barədə “Zirvə yolu” “Koreyanın səsi” dövlət radiosuna istinadən xəbər verir.

Qeyd olunub ki, buraxılış zamanı qəza baş verib. Buna səbəb daşıyıcı raketin mühərriklərinin işində yaranan problemlər və yanacağın qeyri-sabitliyi olub.

Belə ki, reaktiv daşıyıcı birinci pillənin ayrılmasından sonra ikinci pillənin mühərrikinin işində yaranan problemlər səbəbindən itələmə qabiliyyətini itirərək yerə düşüb.

Bununla əlaqədar, dizayn qüsurlarının müəyyən edilməsi və onların aradan qaldırılması üçün tədbirlərin işlənib hazırlanması üçün araşdırma aparılması nəzərdə tutulur.

Rəsmi Tokio isə öz növbəsində bu buraxılışla bağlı Pxenyana etirazını bildirib. Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokadzu Matsuno mətbuat konfransında deyib ki, Şimali Koreya BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir