İdman

“Yuventus” və “Bavariya”nın sabiq futbolçusu üçün həbs qərarı çıxarılıb

Braziliya məhkəməsi ABŞ-ın “Los-Anceles Qelaksi” klubunda çıxış edən Duqlas Kosta ilə bağlı həbs qərarı verib.

“Zirvə yolu” GZH nəşrinə istinadən xəbər verir ki, buna 33 yaşlı yarımmüdafiəçinin keçmiş həyat yoldaşına aliment ödəməməsi səbəb olub.

Kosta ölkəsinə qayıdan kimi polis tərəfindən saxlanılacaq. Oyunçunun vəkili qərardan apellyasiya şikayəti vermək niyyətindədir.

Qeyd edək ki, Duqlas Kosta İtaliyada “Yuventus” və Almaniyada “Bavariya” kimi klubların formasını geyinib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir