İqtisadiyyat Manşet

Lüksemburq şirkəti Azərbaycan bankındakı payını satıb

“Unibank” ASC-nin səhmlərinin 7,31 %-nə nəzarət edən Lüksemburqun “Canley Fınance SA” şirkəti payını satıb.

“Zirvə yolu” xəbər verir ki, onun payını Bankın əsas səhmdarı və Müşahidə Şurasının sədri Eldar Qəribov alıb.

Bundan başqa, bankir “Unibank”ın digər səhmdarlarından da 0,07 % pay alıb. Beləliklə, onun Bankdakı payı 86,7 %-dən 94,08 %-ə çatıb. Digər səhmdarların payı isə 5,99 %-dən 5,92 %-ə düşüb.

Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı – 1992-ci ildən fəaliyyət göstərən “Mbank” və 1994-cü ildən mövcud olan “Promtexbank”ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 149,386 milyon manatdır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir