İqtisadiyyat

“Maire Tecnimont” Azərbaycanda tullantılardan enerji istehsal edəcək

Azərbaycan tullantılardan enerji istehsalı sahəsində İtaliyanın “Maire Tecnimont” şirkətilə əməkdaşlıq edəcək.

“Zirvə yolu” Energetika Nazirliyinin məlumatına istinadən xəbər verir ki, bu, “Bakı Enerji Həftəsi” çərçivəsində nazirliklə “Maire Tecnimont” şirkəti arasında Enerji Keçidi sahəsində əməkdaşlığa dair imzalanan Anlaşma Memorandumunda öz əksini tapıb.

Bildirilir ki, sənəd, həmçinin aşağı karbon texnologiyaları, “yaşıl hidrogen”, bioyanacaqlar, həmçinin metan emissiyalarının azaldılması kimi sahələrdə əməkdaşlıq imkanlarının araşdırılmasını əhatə edir.

Memorandumun məqsədi tərəflər arasında enerji məsələləri, o cümlədən bərpa olunan enerji, “yaşıl enerji”yə keçid və enerji səmərəliliyi ilə bağlı sahələr üzrə əməkdaşlığın gücləndirilməsindən ibarətdir.

Sənədi energetika nazirinin müavini Elnur Soltanov və şirkətin baş icraçı və baş əməliyyat direktoru Alessandro Bernini imzalayıb.

14:23

Azərbaycan Energetika Nazirliyi və İtaliyanın “Maire Tecnimont” şirkəti arasında Enerji Keçidi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

“Zirvə yolu” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov özünün tviter hesabında yazıb.

“Enerji keçidi üzrə tərəfdaşlığımızın əhatə dairəsi genişlənir”,- nazir qeyd edib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir