İqtisadiyyat

Azərbaycan və Gürcüstan enerji sektorunda əməkdaşlıq əlaqələrini müzakirə edib

Bu gün Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin I müavini Romeo Mikautadze ilə görüşərək onunla iki ölkə arasında bütün sahələrdə, o cümlədən enerji enerji sektorunda əməkdaşlıq əlaqələrini müzakirə edib.

“Zirvə yolu” bu barədə SOCAR-a istinadən xəbər verir.

Məlumata görə, görüşdə ölkələrimizin birgə iştirakı ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi kimi strateji layihələrin regionun iqtisadi inkişafını gücləndirməklə yanaşı, Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyi qeyd edilib.

Ötən ilin dekabrında “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in əməkdaşlıq üçün yeni imkanlar açdığı diqqətə çatdırılıb.

Görüş çərçivəsində SOCAR-ın Gürcüstandakı çoxşaxəli fəaliyyətindən danışılıb, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir