ABŞ-da Azərbaycanın Müstəqillik və Silahlı Qüvvələr günlərinə həsr olunmuş tədbir keçirilib
ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycanın Müstəqillik Gününün və Silahlı Qüvvələr Gününün 105-ci ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib.
“Zirvə yolu” xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı Səfirliyi məlumat yayıb.
“Vaşinqtonda Azərbaycanın Müstəqillik Gününün və Silahlı Qüvvələr Gününün 105-ci ildönümünə həsr olunmuş möhtəşəm şənlik keçirilib. Bu gecəni qeyd etmək üçün bizə qoşulan bütün qonaqlarımıza təşəkkür edirik”, – səfirlikdən bildirilib.
Mərasimdə Türkiyənin Vaşinqtondakı səfiri Hassan Murat Mercan, eləcə də digər rəsmi şəxslər, hərbi attaşelər iştirak ediblər.