“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) aşağı büdcəli törəməsi “Buta Airways” Bakı-Ufa reyslərinin sayını artırır.
“Zirvə yolu” xarici mətbuata istinadən xəbər verir ki, iyunun 6-dan birbaşa uçuşların həftəlik sayı 2-dən 3-ə çatdırılacaq.
Aviareyslər çərşənbə axşamı, cümə axşamı və bazar günləri yerli vaxtla saat 20:40-da “Embraer E190” markalı sərnişin təyyarələri həyata keçiriləcək. Uçuşlar 2 saat 50 dəqiqə davam edəcək.