Bakıda keçirilən taekvondo üzrə dünya çempionatında altıncı günün püşkü atılıb.
“Zirvə yolu”nun məlumatına görə, iyunun 3-də Azərbaycan millisinin daha 2 idmançısı mübarizəyə qoşulacaq.
62 kq-da Fatimə Məcidova mundailda debüt görüşünə 1/16 finaldan başlayacaq. O, ilk döyüşünü Kristina Kaspa (İtaliya) – Kiem Bak Ti (Vyetnam) cütünün qalibinə qarşı keçirəcək.
74 kq çəkidə qüvvəsini sınayacaq Eltac Qafarovun rəqibi 1/32 final qarşılaşmasının nəticəsinə əsasən bəlli olacaq.
Taekvondoçu 1/16 finalda Vasilliy Peruniçiç (Çernoqoriya) – Çarlill Mersyer (Kanada) duelinin güclüsü ilə münasibətinə aydınlıq gətirəcək.
Qeyd edək ki, dünya çempionatı iyunun 4-də başa çatacaq. Daha əvvəl Azərbaycanın 9 təmsilçisi medalsız qalıb.