Səhiyyə Xəbər

`MedEra` Hospitalda bu dəfə öz işçisi əməliyyat olundu və ÖLDÜ… – YENİLƏNDİ

Bakıda “Medera” Hospitalında plastik əməliyyat etdirən qadın vəfat edib.

Axar.az-ın məlumatına görə, “Medera” hospitalının plastik cərrahı Günel Bayramlı klinikanın məlumat xidmətinin Aygün adlı əməkdaşını əməliyyat edib.

Əməliyyat olunan xanım iki gün sonra evində ölüb. Onun plastik əməliyyat səbəbindən vəfat etdiyi bildirilir. “Medera” Hospitalının icraçı direktoru Lalə Babayeva da ölüm faktını təsdiq edib. Vəfat edən qadın Göyçayda dəfn edilib.

`MedEra` Hospitalda bu dəfə öz işçisi əməliyyat olundu və ÖLDÜ...

***

Xəbər verdiyimi kimi, Bakıda “Medera” Hospitalda plastik əməliyyat etdirən qadın vəfat edib.

Axar.az sözügedən hadisə ilə əlaqədar bir sıra faktlar əldə edib.

Bildirilir ki, əməliyyatdan sonra vəfat edən Aygün adlı xanım “Medera” Hospitalda “Resepşn”da işləyirmiş.

O, bir neçə gün öncə elə həmin hospitalda çalışan plastik cərrah Günel Bayramlıya bədən şəkilləndimə əməliyyatı etdirib. Əməliyyatdan sonra xanım özünü narahat hiss etdiyini bildirsə də, həkim buna əhəmiyyət verməyib və xanımı evə buraxıb.

Evdə halı daha da pisləşən Aygün tromplaşmadan dünyasını dəyişib.

Xanım ailəli olub, bir qız övladı var.

Sözügedən məsələ ilə bağlı hospitaldan saytımıza bildirilib ki, Günel Bayramlı hazırda işinə davam edir. Digər suallarımızı isə xəstəxana cavabsız qoyub. //axar.az//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir